Bulud - Orkhan Zeynalli

Bulud

Orkhan Zeynalli

00:00

03:32

Song Introduction

暂时没有该首歌曲的相关资讯。

Similar recommendations

Lyric

Səninlə Günəşin arasında dayanıb arzu tutdum

Ki, Günəş batmasın heç vaxt

İki saat sonra arzum puç oldu

Sən demə, aldadıblar, belə asan deyilmiş

İki eyni ad arasında dayanmaqla alınan deyil iş

Günəş uzaq, sən yaxın, buludam mən, sən yağış

Məndə yazmaq yaxşı alınır, susum, sən danış

Bu aralar səssizsən

İşləri qaydasına salaram, təki işimə sən qarış

Yenə çəkirəm ətrini sinəmə

Yenə mənə qalan olur mahnı, sənə qəm

Qayıdaram yenidən, nəyim olmasa da, qəlbim var

Axı bilməliydin ki, mənim mən olmaq kimi bir dərdim var

Anladım ki, mahnılarım bəzən son çarəm

"Məni Xatırla" "track" ilə tavana taxanda bir ip

Aramızdan vaxtsız getdi - dediyimiz dostlar

Bəlkə gecikən bizik ki, onlar elə vaxtında gedib

Yenə soyuq əllərimdə

İsidə bilmir o günlər

Hisslərimiz dərində

Geri baxmır o gözlər

Məni yenə yada sal axı

Yenə yada sal axı

Səninçün heç kim olsam da

Sən mənimçün hamısan axı

Yazmaq istəyirəm hərdən, qələm üzümə baxıb deyir: "Həvəs hanı?"

Yazdıqlarımı unutmağımdırmı oların əbəs yanı?

Dünyanın işi qəribədir, göyərçini xilas edirsən

Sağalan kimi qanadın uzadıb deyir: "Qəfəs hanı?"

2016-cı il 15 may, yadıma hər qış-yay

Gəlir son çıxış, son alqışlar

Bəlkə də, dinləyiciyə bunu demədən

Getməyim haqsızlıq idi

Nə isə, çıx səhnəyə, gözləyir, tələs hamı

Həsr etdim hər hissə söz, hər bir hərfə cümlə

Tükənib hər səhv edəndə qoyduğum əlfəcinlər

Dedilər, böyü artıq, uşaqlığın gələr ziyanı

Xalqın gözü tərəzidir! Hansı xalq? Tərəzi hanı?!

Çoxunda sevgi saxta, ilk fürsətdə ələ salır

Bir gözdən sevgi, birindən qərəz yağır

Çoxu istəmir xoşbəxtliyini

Elə deyir - yaz "Hekayəm 2"

Axı çox insan bu cür mahnılarla nəfəs alır

Yenə soyuq əllərimdə

İsidə bilmir o günlər

Hisslərimiz dərində

Geri baxmır o gözlər

Məni yenə yada sal axı

Yenə yada sal axı

Səninçün heç kim olsam da

Sən mənimçün hamısan axı

Yenə soyuq əllərimdə

İsidə bilmir o günlər

Hisslərimiz dərində

Geri baxmır o gözlər

Məni yenə yada sal axı

Yenə yada sal axı

Səninçün heç kim olsam da

Sən mənimçün hamısan axı

- It's already the end -