00:00
02:36
Hal-hazırda bu mahnı ilə bağlı məlumat mövcud deyil.
Qaş qaralır, kölgə tutur
Yavaş-yavaş meşəni
Könlüm səsdə, gözüm yolda
Gözləyirəm mən səni
Səbrim getdi, harada qaldın?
Qaş qaraldı, gəlmədin
Bəlkə mənim könlümdəki
Döyüntünü bilmədin?
Ah... Döyüntünü bilmədin
♪
Aydın göylər, uca dağlar
Göy meşələr, lal sular
Sizi gördüm ürəyimdə
Aşdı-daşdı arzular
Səbrim getdi, harada qaldın?
Qaş qaraldı, gəlmədin
Bəlkə mənim könlümdəki
Döyüntünü bilmədin?
Ah... Döyüntünü bilmədin